Kəlbəcərdə hərbçimiz minaya düşüb

559 20-04-2022, 10:20 hadise

Kəlbəcərdə hərbçimiz minaya düşübKəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

"Report"un xəbərinə görə, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.

Xəsarət alan hərbçimiz hospitala yerləşdiirlib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ