Kolumbiyada partlayış nəticəsində 6 hərbçi ölüb

459 21-04-2022, 13:43 dunya

Kolumbiyada partlayış nəticəsində 6 hərbçi ölübKolumbiyanın şimal-qərbində yerləşən Antioquia əyalətində azı 6 əsgər pusquya düşərək öldürülüb, 5-i yaralanıb.

AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, kənddə patrul xidmətində olan hərbçilərin avtomobilləri yol kənarına yerləşdirilmiş bomba ilə partladılıb.

Rəsmilər hücumun arxasında “Körfəz Klanı” cinayətkar dəstəsinin olduğundan şübhələndiklərini bildiriblər. Hücum edən şəxslərin axtarışı davam etdirilir. Təhlükəsizlik qüvvələri partlayışdan sonra naməlum bir hərbçini də axtarırlar.

Qeyd edək ki, ötən il polis meri və sürücüsü eyni ərazidə yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olublar.

Kolumbiyanın təhlükəsizlik qüvvələri “Körfəz Klanı”nı ölkənin ən güclü cinayət təşkilatı adlandırıb. Bu cinayətkar dəstənin lideri 10 il axtarışdan sonra ötən ilin oktyabrında həbs edilib.

XƏBƏR LENTİ