Azərbaycanda maska qadağasının ləğvi ilə bağlı rəsmi açıqlama

479 21-04-2022, 14:29 cemiyyet

Azərbaycanda maska qadağasının ləğvi ilə bağlı rəsmi açıqlama
Karantin qaydalarında yumşalmalar gözlənilir.

Bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərin maska tələbinin ləğvi ilə bağlı sualına cavabında bildirib.

O qeyd edib ki, bununla bağlı tarix dəqiq deyil.

"Bu qərarın may ayının birinə, yoxsa yarım saata olacağını isə dəqiq deyə bilmərik" - deyə o əlavə edib.

"Azərbaycanda karantin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib".

Onun sözlərinə görə, son nəticələr yaxın müddətdə bildiriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ