ABŞ Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri elan edib

557 26-04-2022, 09:22 cemiyyet

ABŞ Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələrdən biri elan edibABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi (CDC) Azərbaycanı pandemiya dövründə səyahət üçün ən yaxşı ölkələr qrupuna daxil edib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Belə ki, Azərbaycan COVID-19-a yoluxma hallarının azalması fonunda 1-ci dərəcəli (yoluxma riski ən az olan) ölkələr siyahısında yer alıb. Bu dərəcəyə aid ölkələrdə son 28 gündə hər 100 000 sakinə 49 və ya daha az yeni yoluxma halı qeydə alınmalıdır. Son günlər koronavirusa yoluxma hallarının xeyli azaldığı Azərbaycanın da adı aprelin 25-də bu dərəcəyə aid edilib.

XƏBƏR LENTİ