Dunyamalı Kərəm - 102! -Güllü Eldar Tomarlı yazır

1 484 28-04-2022, 18:26 gundem

 Dunyamalı Kərəm - 102! -Güllü Eldar Tomarlı yazır Dunyamalı Kərəm - 102!

Bu gün Borçalının ən böyük kişisi- Dünyamalı Kərəmin ad günüdü. Təbrik edirik. Borcalının ünlü şairi, böyük publisist, sərəfli jjurnalist, Gürcüstanın əməkdar jurnalisti, "Şərəf" ordenli şairi Dunyamalı Kərəm- ömrünün ən şah zirvəsində bərqərardır.Qədim ulu Borcalının sinəsində bərqərar olan bir qala da var. Cavaleyi -Sam qalasi ! Və o qalanin yaxinligında bir qala da bərqərardir. Buna Dünyamalı Kərəm qalasi deyirlər.Gun gələcək bu iki qoşa qalanin adı tarixlərdən tarixlərə keçəcək və nə qədər Türk dünyası var onun innən sonrakı bütün zamanlarında şair Dünyamalı Kərəm qalası da tarix boyu qalasıdı. Bu günkü 102 yaşının ad gününə Mirvarid Dilbazi Məclisi olaraq biz də qoşulururuq .Mübarəkdir.Qismət olsun 112-YAŞINDA görüşək. Nə qədər ömrün var, hər ad günündə görüşək.

Var ol, uşaqlıq saflığını bu gün də özündə yaşadan böyük kişi, Dünyamalı Kərəm.
Güllü Eldar Tomarlı

Dünyamalı Kərəm.
Şair Dünyamalı Kərəmi gördüm,
Tiflisin yolları yadıma düşdü.
Gizli saxladığım şeir dəftərim,
Sirli xəyalların oduna düşdü.

Bir cızma- qaranın arxasınca mən,
Şəhərin səmtinə qaçar –gedərdim.
O böyük şairə göstərmək üçün,
Quşdan qanad alıb uçar – gedərdim.

Durardım qapının çöl tərəfində,
Eh , onda düşüncəm necə dayazdı.
Gözlərdim-gözlərdim axşama qədər,
İçəri girməyə gücüm çatmazdı.

Evə qayıdardım, bir də gələrdim,
Axşamdan əzbərdə deyəcəyim söz,
Nəhayət bir dəfə səslədi məni ,
O xoş sima kişi , o gülümsər üz.

Baxdı boxçadakı ağnağazıma,
Mən sandım o günü böyük imtahan-
Qızım, çalış daha dərinnən öyrən,
Yaşına baxanda .....yaxşı yazırsan.

Yaşına baxanda..... yaxşı yazırsan,
Başım gicəlləndi o anda sanki
Sandım ki, Güllü yox - böyük şairdi
O məsul katibin otağındakı.

O günnən üzümə bir günəş doğdu,
Dağıldı göyümnən çiskin , duman, çən.
Dünyamalı Kərəm bircə sözüylə,
Tutduğum cığırda tutdu əlimdən.

Indi 95- in ucalığında ,
Yenə həmənkidi – həmənki gerçək!
Gördüm Qoçuluda şair dədəni,
Durub Cavaleyi- Şam qalası tək.

Gəldim , Dünyamalı Kərəmi gördüm,
Necə də yaraşır bu doğma Yurda ,
Indi 95-in ucalığında ,
Onun 100 yaşında gələrəm bir də!

Güllü Tomarova.

Dünyamalı Kərəm-95.

Hələ orta məktəbdə oxuduğum illərdən tanımışam və sevmişəm şair Dünyamalı Kərəmi. Özümün ədəbiyyata sevdalı olmağım , müəllimlərimin də meyli məni istər- istəməz tamam bir səmtə yönləndirməyə başlam ışdı. Bir tərəfdən də o zamankı “ Sovet Gürcüstanı “ –( indiki “ Gürcüstan “) qəzetinin ağır basan nüfuzu içində təlatümlü bir aləmin sevdalısı olmağın həyəcanlarını yaşadırdı mənə.
Doğrusu , ədəbiyyat dərslərimizdə Azərbaycanımızın dünyaya bəxş elədiyi böyük şairləri tanıyır, sevir və sevə - sevə də yaddaşlarımıza həkk eləməyə çalışardıq.
Bununla yanaşı o zamanlar qəzet səhifələrində adı tez-tez çəkilən , şeirləri çap olan yerli şairlərin də yaradıcılığını ardıcıl olaraq izləyirdik. Onlardan Dünyamalı Kərəm, Alxan Binnəoğlu,M.H.Bəxtiyarlı,Osman Əhmədoğlu, Arif Mustafayev, Ağabala Mahmudov, Mədəd Coşqun, Nizami Saraclı, Səadət Buta, Əlixan Düşgün və digərləri öz imzalarıyla tanınırdı.
Mənim yadımda ən çox qalan və ən yaddaşıma həkk olan şairlərin hər birinin öz yeri , öz məqamı var. Hələ 15-16 yaşlarında yazdığım kiçik cızma- qaralarımda gah bu, gah da digər şairlərə bənzəməyə çalıışar və onların yaradıcılığından bəhrələnərdim.
Heç ağlımada gəlməzdi ki , zaman gələcək , mən də böyüyəcəm və günlərin bir günündə onlarla görüşmək səadətinə qovuşacam.
Doğrusu , Dünyamalı Kərəmin şeirləri onda daha çox – çox oxunur və daha çox diqqəti çəkirdi. Mən də istər - istəməz böyük sevinclə o şeirləri qəzet səhifələrindən ehmallıca kəsib götürür və gah əzbərləyir , gah da saxlanc yerlərdə “arxivimə” qoyardım.
Yaxşı yadımdadır, bir dəfə Rustavi şəhərində bir mötəbər görüşdə Dünyamalı Kərəmin bir şeirini əzbərdən söyləməliydim. Çox da yaxşı hazırlaşmışdım. Mənim çıxış anım yetişəndə kimsə dedi ki, şair Dünyamalı Kərəm də bu məclisdədir. Karıxdım. Və şeirin bir neçə misrasını deyəndən sonra tamam hər şeyi unutdum. Ortada qalmamaq üçün özümün bir şeirimlə bir təhər çıxışımı sonlandırdım. Heç kəsin gözünə görünmədən getdim.
Dünyamalı Kərəm doğrudan- doğruya Gürcüstan ədəbi mühitində ən sanballı şair kimi tanınır. Mən bunu , bir az da özümü və poeziyanı dərk elədikcə gördüm.
Tək mətbutda yox, el məclislərində , aşıqların dilində onun şeirləri həmişə diqqət çəkib. Ona verilən dəyəri də hər zaman mətbuat səhifələrindən izləmişik.
Uzun müddət mətbuat aləmində çalışıb və bir jurnalist , publisist kimi də öz halal haqqını alan ustad şairimiz Dünyamalı Kərəm öz səmimiliyi , təvazökarlığıyla da seçilib həmişə. Neçələrinin qolundan tutub. Qələm büdrəmələri olan təcrübəsizlərə yol göstərib.
Onun 60, 70, 80 – illik yubileyləri ölkə miqyasında qeyd olunub.
Neçə - neçə kitabları işıq üzü görübdü şair Dünyamalı Kərəmin. O üz yurdunun doğma Borçalısını dünyanın hər yerindən əziz bilib. Doğma Qoçulu kəndinə söykəndiyi “ Cavaleyi – Şam” zirvə qalasını ən müqəddəs məkan bilib.
Aldığı adlar, qazandığı mükafatlar , yazdığı kitablar onun şəxsiyyətindən xəbər verir.
Bir gün eşitdim ki, o qocaman şairin 90 yaşı tamam olur. Onu Bakıda “ Borçalı İctimai Cəmiyyəti ” də çox dəyərləndiriblər. Cəmiyyətin sədri, böyük şəxsiyyət Zəlimxan Məmmədli ona çox böyük dəyər verib. Bu məni bir daha qürurlandırdı və mən orada olmadığıma təssüfləndim. Sonra da bu gözəl şairimizin , ağsaqqal ustadımızın ziyarətinə getmək , onu uşaqlığımdan bəri məni yaradıcılığına heyran eləyən bir şairi ziyarət eləmək istədim. İstədim, fəqət bu mümkün olmadı. Mən artıq Bakıya köçmüşdüm. Ailə, ev qayğıları da bir tərəfdən bu ziyarəti gerçəkləşdirməyə imkan vermirdi. Bu günlərdə yenə doğma Rustaviyə gəlmişdim. Eşitdim ki, ustad şairimiz, ağsaqqal dədəmiz Dünyamalı Kərəmin 95- illik yubileyinə hazırlıq görülür. Qəlbim göynədi. Bu dəfə nə olur , olsun onu ziyarət eləməyi qarşıma məqsəd qoydum.İsmarıc elədim , Ustadın doğma Qoçuluda olduğunu və özünün də maşallah, çox gümrah bir ovqatla yaşadığını eşitdim və özümü doğmalar doğmas ı bir insanın, müdrik ağsaqqalın ocağında gördüm.
Şairi görər-görməz sevincimin dünyalarca olduğunu sezdim.
Dünyamalı Kərəm !

Bu o idi, özü idi . Nə qədər sadə , mehriban . Nə qədər məsum ! Sanki bir uşaq səmimiyyəti ilə gülümsəyirdi. Dünyamalı müəllim ! Bəli , həm də müəllim. Bəlkə də onu bir ömür beləcə aydan arı , sudan duru yaşadan şairliyi ilə bərabər həm müəllim idi. Uzun zaman müəllim olmuşdu , məktəb müdiri olmuşdu. İnsan tərbiyəsinə ömür xərcləmişdi. Bəlkə də bu bir əsrin tək bircə addımlığına qədər gələn ömrünün hər anında bir səmimiyyət mücəssəməsi olmuşdu bu adam.
Amma bir az da kövrək idi. Bəlkə də bu görüşdən təsirlənmişdi. Bəlkə də haqqı-salamı yadırğayanlar düşmüşdü yadına. Bilmirəm. Bəlkə də bu yaxınlarda ömür – gün sirdaşını itirdiyinə görə kövrəlmişdi. Onun ömrünə bir dastan bağladığını , bir kitab şeir yazdığını söylədi. Kim inanar?

“ Nə ola qəbrimiz bir qazılaydı ,
Bu sevgi tarixə “ sirr ” yazılaydı.”
Belə misalları Müsənbər hər gün
Özünün arzusu , diləyi saydı.

Nə üçün əhdində durmadın, ey yar?
Yay günü başıma sən yağdırdın qar?
Şamlar kimi söndü sevgilim mənim,
Bu nə qəza idi, ey Pərvərdigar?!
 Dunyamalı Kərəm - 102! -Güllü Eldar Tomarlı yazır
Bəlkə gözümlə görməsəydim mən də inanmazdım bu yaşda olan adamın bu qədər sərrast olmasına. Amma bu bir həqiqətiydi. Buna görə də Dünyamalı Kərəm həqiqəti dedim.
“Cavaleyi – Şam” la daha çox dərdləşirəm, - dedi şair .O zirvənin, o qalanın , o əzəmətin önündə mən də xəcalətliyəm dedi şair. Gəncliyimdə bu müqəddəs məkanın tarımar edilməsinə mən də göz yummuşam. Onun sinəsinə çalın-çarpaz dağlar çəkib bürclərini sökən xəzinə hərislərinə “ durun” deməmişəm. Amma zaman keçdikcə onun özünün bütövlükdə ən böyük bir xəzinə olduğunu görmüşəm.
Indi o da unudulub. O boyda əzəmət qalasını yazda yağışdan, qışda qardan savayı nə axtaran var nə tapan. Amma o demədi ki, mənim də sinəm xəzinədir. Məni də ələmək süzmək lazımdır.
Yaddaşı o qədər sağlamdır ki, Dünyamalı Kərəmin. Ona həsr olunan şeirləri həvəslə oxuyur. Haqqında yazılan məqalələrdən söz açır. Danışdıqca danışır Dünyamalı Kərəm. Nə yorulur nə dincəlir. Arada qonaqların da qayğısına qalır. Bir sözünü iki eləməyən gəlini var masallah. Qulluğunda müntəzirdir.
Ikimərtəbəli evinin pillələrini yeniyetmələr kimi enir, qalxır Dünyamalı Kərəm. Hər enib – qalxdıqca da qarşı tərəfdə zirvəsi buluddan nəm çəkən “ Cavaleyi - Şam” qalası ilə göz-gözə gəlir və gahdan köks ötürür, gahdan da qürur hissi keçirir. Gəlinin hazırladığı günorta vaxtına təsadüf eləyən süfrə başında xatirələrini bircə - bircə çözələyir qocaman şair. Haqqında yazılan xatirələri , yubiley təbriklərini və ona həsr olunan şeirləri sıralayır bircə-bircə.
80 yaşında olarkən şair Osman Əhmədoğlunun ona ünvanladığı ...

Çox yağılar göz dikəndə yurduna
Çəkdin elə sözlərinin sırtına.
Diz çökdürüb eylədin bir fırtına
Ellərimin əyilməyən yığvalı,
Səksənin mübarək , a Dünyamalı!

Sonra mən tədqiqatçı , tərcüməçi və şair Mirzə Məmmədoğlunun bayatılarından bəzilərini oxuyuram:

Bir hava çal “ Kərəmi” də
Sızla, göynə “ Kərəmi”də
Hərdən bir də sən xatırla
Dünyamalı Kərəmidə

Əzizinəm kərəm dilər
Dara düşən kərəm dilər
Borçalıya xoş günləri
Dünyamalı Kərəm dilər.

Əzizinəm Kərəmindir
Eşq balası Kərəmindir
Bu gün yenə söz meydanı
Dünyamalı Kərəmindir

Sonra çap olunan kitablarını vərəqləyirik bir-bir. 1994 – cü ildə Gəncə şəhərində “ Gəncə nəşriyyatı ” da “ Borçalım mənim “ kitabından tutmuş “ Müsənbərsiz dünyam “ kitabına qədər əsərlərini vərəqləyirik. 7 kitabı çap olunub.

Dünyamalı Kərəmlə sağollaşıb ömrünün 100 illiyində görüşmək ümidi ilə ayrılıram. Bizə yol boyu bələdçilik edən Qoçulu orta məktəbinin müdiri Vənnəhar xanıma təşəkkür etmək istəyirəm. Hətta geri dönüşdə bizi Qoçuludan mərkəzi yola qədər özü yola saldı.
Güllü Tomarova.
Bakı - Bolnisi – Qoçulu – Bakı, 2015- ci il

Əziz dostlar, müdrik el ağsaqalı,şair dədəmiz Dünyamalı KərəmİN 99- yaşı olmasına baxmayaraq bu gün də qələm əlindədi, yazır, yaradır. Onun bu yaşında mənə həsr etdiyi şeiri sizə təqdim edirəm və şairə uzun ömür,can sağlığı arzulayıram..
Var olasan sən


Şairə Güllü Tomarliya)

Səlamüm- əleyküm, a Güllü xanım,
Bu dünya durduqca var olasan sən.
“Cəngi” havasında qol- budaq atıb,
Sənət dünyasında şir olasan sən!

Sən şeir yaz, qoy Nargilə oxusun,
Hər misranı “Sarı tel”də toxusun.
“İncə gülü”, bənövşə tək qoxusun,
“Dübeyti”, telində zir olasan sən.

Bu yurda, incidir, gövhərdir sənin,
Mənin gül-reyhandır, ənbərdir sənin,
Diliyin əzbərdir pirlərdir sənin,
Özün də qocalıb pir olasan sən.

“ Bir az sazdan, bir az sözdən” gözəldir,
“Beləcə qal, nolar”, şeirdir, qəzəldir.
Şeir, nəsrin bir-birinə təməldir,
Bu təməldə təzə-tər olasan sən.

Sən mənim nəvəmsən, mən sənin baban,
Çiçək ətri gəlir kəlamlarından.
Fəxri adlarından, ənamlarından,
Fərəhlənib şiri-nər olasan sən.

“İncə dərəsi”-nin zümrüd qaşında,
Kəmərlinin torpağında, daşında,
“Sara Xatun” olub düz yaş yaşında,
Pirlər ocağında nur olasan sən.

Ulu baban sənin Seyid Həmzə əfəndi,
Yerdə xalqa, göydə haqqa güvəndi.
Ümidgahın oğlun, qızın, nəvəndi,
Onların üstündə nur olasan sən.

Borçalı, Rustavi öz vətənindir,
Şeirin meydanı indi sənindir,
Namus -qeyrət şöhrətindir, şənindir,
Daşmaqda, coşmaqda Kür olasan sən.

Dünyamalı Kərəm

Xeberdar.net

XƏBƏR LENTİ