“Şeir və hekayə müsabiqəsi” adlı dərnək yaradıldı

503 9-04-2022, 19:02 cemiyyet

“Şeir və hekayə müsabiqəsi” adlı dərnək yaradıldı

Aprelin 9 da Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 33 saylı tam orta məktəbdə
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində keçrilən tədbirdə “Şeir və hekayə müsabiqəsi” adlı dərnək yaradıldı.

” Şeir və hekayə müsabiqəsi” adlı dərnəkdə qruplara “Nitq hissələri ilə şeir yazmaq” adlı oyun- tapmacadan istifadə edilərək ilk şeiri necə yazmaq qaydası öyrədildi. Layihənin rəhbəri Pərvanə Talıbova, Təlimçi Nüşabə Mehtiyeva, ekspert Aytac Talıblı qruplarla işləyərək şeirlərin hazırlanmasında iştirakçılara dəstək oldular. Müxtəlif adda şeirlər hazırlandı və oxunuldu. Şeirlər alqışlarla qarşılandı.
Hekayələr karusel üsulundan istifadə edilərək yaradıldı.
Hekayə yazmağa başlamaq üçün nə etmək lazımdır sualına da iştirakçılar özləri cavab tapmağa cəhd etdilər. Verilmiş bir cümlədəki fikri ardıcıl tamamlamaqla bir uğur hekayəsi yaradıldı. Sonda kitabxanaya həsr olunmuş video rolik göstərildi.
Layihənin rəhbəri və təlimçi məktəbdə tədbirlər həyata keçirilərkən yaradılmış üç dərnəyin məktəb kitabxanaçısının, dil və ədəbiyyat müəllimlərinin köməyi ilə inkişaf etdirilməsi üçün tövsiyyələr verdi.

XƏBƏR LENTİ