” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim kecirildi

333 30-03-2022, 15:44 cemiyyet

” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim kecirildi” El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin xətti ilə ” Dünyanın təhsil sahəsində innovativ ,effektiv hesab edilən ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim Azərbaycan Texnologiya Universitetinin akt zalında , Universitetin müəllimlərinin və tələbələrinin iştirakı ilə keçirildi.
Tədbirdə “El Gücü ” Beynəlxalq Humanitar Assosiasiyası İçtimai Birliyinin sədr müavini – Elxan Babayev , Gəncə üzrə qadınlar komitəsinin sədri – Pərvanə İmanquliyeva , təşkilatın beynəlxalq əlaqələr şöbəsinin müdiri Ehtiram Məmmədov və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirova iştirak edirdilər .
Tədbiri giriş sözü ilə ” El Gücü ” Beynəlxalq Humanitar Asosiasiyası İçtimai Birliyinin sədri , keçiriləcək layihənin rəhbəri Sara Məmmədova açdı .
Tədbir iştirakçılarına rəhbəri olduğu təşkilat haqda qısa məlumat verdi. O , bildirdi ki, keçirəcəyimiz layihə təlim xarakterlidir . Gəncə şəhərində günə 3 saat olmaqla 5 gün (martın 14 , 15 , 16 , 17 , 18 ) davam edəcək .
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma” texnologiyasının müəllimlərə öyrədilməsi adlı layihənin məqsədi ilə bağlı tədbir iştirakçılarına məlumat verdi .
Söz Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət əstəyi Agentliyinin əməkdaşı Xatirə Bəşirovaya verildi .
Xatirə Bəşirova Agentliyin fəaliyyəti və 2021 ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qrant layihələrinin keçirilməsi ilə bağlı müvafiq sərəncamına əsasən Agentliyin maliyyə dəstəyi ilə keçirilən qrant layihəsinin mahiyyəti ilə bağlı təlim iştirakçılarına məlumat verdi .
Layihənin rəhbəri Sara Məmmədova layihənin keçirilməsində dəstəyi olan Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri şəxsən cənab Samir Nuriyevə , Administrasiyanın əməkdaşlarına , xüsusilə də Administrasiyanın Qeyri Hökumət Təşkilatları ilə iş və Kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevə , Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova və İcra Hakimiyyətinin əməkdaşlarına ,Azərbaycan Texnologiya universitetinin rəhbərinə və Universitetin əməkdaşlarına təşkilat adından təşəkkür etdi .
Təlimə başlamazdan əvvəl Azerbaycan Respublikasının Dövlət himni səsləndirildi .
Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda döyüşərək canlarını fəda etmiş ,qanları ilə tarix yazan Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .Şəhidlərimizə rəhmət , qazilərimizə can sağlığı söyləndi
Sonra Sara Məmmədova ” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi adlı təlimi aparmaq üçün sözü Bakı Amerika Mərkəzininş təlimçisi , bir çox beynəlxalq təşkilatlar tərəfindən verilmiş sertifikatların sahibi peşəkar təlimçi Ehtiram Məmmədova veridi .
Ehtiram Məmmədov “ş Rəqəmsal Hekayadanışma ” Texnologiyasının işi ,incəlikləri , aparılması faydası , məqsədi ilə bağlı təlim iştirakçılarına ətraflı ,geniş məlumatlar verdi təlimlər boyu iştirakçıların bu yeniliyin sirlərini yiyələnmələrinə və daha dərindən mənimsəmələri nə çalışdı . Təlimlər 5 gün davam etdi .
Hər təlimin sonunda təlim iştirakçıları çay, kofe ,şirniyyat süfrəsinə dəvət olundular .
5 – ci təlimin sonunda təlimdə fəal iştirak edən müəllimlərə təşkilatın rəhbərliyi tərəfindən Sertifikat təqdim edildi .


” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim kecirildi
” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim kecirildi
” Rəqəmsal Hekayə danışma ” texnologiyasının müəllimlərə öyrədilməsi ” adlı lahiyə ilə bağlı təlim kecirildi


XƏBƏR LENTİ