Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

404 8-10-2022, 10:48 dunya

Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıbDanimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib

İran Danimarkaya nota verib. AYNA-nın məlumatına görə, Danimarkanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüşdə İran səfirliyi və diplomatlarının təhlükəsizliyinin təmin olunmamasına etiraz bildirilib.
Buna cavab olaraq Danimarka səfiri baş vermis insidentlə bağlı üzr istəyib, bu hadisədən sonra təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini bildirib.

Xatırladaq ki, bu gün İran İslam Respublikasının Kopenhagendəki səfirliyinə soyuq silahla silahlı basqın olub.

Hadisəni törədən şəxs İran səfirini təhdid edərək işçilərdən birini yaralayıb və səfirliyin maşınlarına ziyan vurub.


Xeberdar.net

XƏBƏR LENTİ