“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə səkkizinci ustad dərslərini keçdi

566 19-10-2022, 22:12 cemiyyet

“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyi yeniyetmə və gənclərə səkkizinci ustad dərslərini keçdi
Bu gün (19.10.2022) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Ustad Dərsləri” Aşıq sənətinin yeniyetmə və gənclər arasında təbliği” layihəsi çərçivəsində aşıq sənətinin incəliklərinə yiyələnmək istəyən 8 (səkkiz) nəfər yeniyetmə və gəncə səkkizinci ustad dərsləri keçirildi.

Tədbir iştirakçılarını salamlayan “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, layihənin rəhbəri Pərvanə Mustafayeva maliyyə dəstəyi verdiyinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdi. Bildirdi ki, şagirdlərin qavraması mükəmməldir. Səkkizinci dərs olmasına baxmayaraq onlarda artıq xeyli irəliləyiş var. Çox həvəslə ustad dərslərini öyrənirlər. O, şagirdlərə ustad dərsləri keçən aşıq Sevil (Xıdırova) Ədalətə təşəkkürünü bildirdi və növbəti dərsi keçmək üçün sözü ona verdi.
Sevil (Xıdırova) Ədalətə layihəyə dəstək verdiyinə görə bir daha Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdikdən sonra növbəti dərsə başladı. Şagirdlərin ötən dərs verilən ev tapşırıqları soruşuldu. Kərəm gözəlləməsi havası tam şəkildə sazda ifa edildi və oxundu. Yanıq Kərəmi saz havasının bir parçasını ifa etmək şagirdlərə ev tapşırığı kimi verildi.
Qeyd edək ki, iki ay (01.09.2022-01.11.2022) müddətinə icra olunacaq layihə çərçivəsində 8 nəfər yeniyetmə və gəncə saz sənəti haqqında zəruri biliklər veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ