Bu görüntü Çexiyada rezonans yaratdı

663 28-10-2022, 16:13 dunya

Bu görüntü Çexiyada rezonans yaratdıBu gün səhər saatlarında Praqada Çexiya Daxili İşlər Nazirliyinin binasında Rusiya prezidenti Vladimir Putinin cəsədlər üçün nəzərdə tutulan polietilen torbadakı təsviri olan böyük plakat asılıb.

Musavat.com xəbər verir ki, sözügedən fotonu Çexiya daxili işlər naziri Vit Rakuşan Tvitterdə paylaşıb.

"Azadlığımız üçün qan tökən dostumuzun kim olduğunu bilirik. Həmçinin düşmənimizin kim olduğunu da bilirik və ona vətənpərvərlik ideyasını, bayrağımızı oğurlamağa imkan verməyəcəyik", - deyə nazir yazıb.

XƏBƏR LENTİ