ABŞ İran fonduna sanksiyalar tətbiq edib

691 29-10-2022, 11:51 dunya

ABŞ İran fonduna sanksiyalar tətbiq edibİrana qarşı tətbiq edilən sanksiyalar genişləndirilib

ABŞ Maliyyə Nazirliyi İranın “15 Khordad Foundation” dini fonduna qarşı sanksiyalar tətbiq edib.

Xeberdar.net TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.

“15 Khordad Foundation” fondu ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin (OFAC) xüsusi kateqoriyalı vətəndaşlar və qadağan edilmiş şəxslər (SDN) siyahısına əlavə edilib”, - məlumatda bildirilir.

Xatırladaq ki, “15 Khordad Foundation” 1988-ci ildə britaniyalı yazıçı Salman Rüşdinin öldürülməsinə görə 2 milyon ABŞ dolları məbləğində mükafat verəcəyini elan edib və sonradan bu məbləği bir neçə dəfə artırıb.

Xeberdar.net

XƏBƏR LENTİ