Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

273 16-12-2022, 16:59 dunya

Müdafiə Nazirliyindən Seyfəlidəki partlayışlarla bağlı əhaliyə XƏBƏRDARLIQAzərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 16.12.2022-ci il tarixindən 18.12.2022-ci il tarixinədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Xeberdar.net

XƏBƏR LENTİ