Xəstəxanalar yaralı əsgərlərlə doludur - Rus ordusu ağır durumda

295 17-12-2022, 11:12 dunya

Xəstəxanalar yaralı əsgərlərlə doludur - Rus ordusu ağır durumdaRus işğalçıları yaralı hərbçilərinə xidmət etmək üçün Luqansk vilayətindəki bütün xəstəxanaları yenidən hazır vəziyyətə gətirir.

Xeberdar.net xəbər verir ki, bu barədə Milli Müqavimət Mərkəzi (MMM) məlumat yayıb.

Artıq xəstəxanalardan birinə yüzə yaxın rusiyalının yerləşdirildiyi bildirilib:

“Luqanskda və rayonun müvəqqəti işğal olunmuş şəhər və kəndlərində bir neçə xəstəxana artıq hərbi hospital formatına keçib. Xüsusilə, Luqansk şəhər 3 saylı çoxsahəli xəstəxanası artıq 100-ə yaxın rusiyalı hərbçini qəbul edib. Kremennayadakı xəstəxana da tam xidmətə verilib”.

Qeyd olunur ki, 15 saylı Luqansk şəhər multidissiplinar xəstəxanası artıq mülki şəxslərə xidmətdən imtina edir. Mərkəz əlavə edib ki, işğalçılar Luqansk vilayətinin bütün xəstəxanaları üçün belə strategiya seçiblər.

Xeberdar.net

XƏBƏR LENTİ