Türkiyənin adı dəyişdirildi

166 6-01-2023, 11:23 dunya

Türkiyənin adı dəyişdirildiABŞ Dövlət Departamenti Türkiyədən rəsmi sənədlərdə respublikanın adının bu ölkənin fonetik normalarına uyğun yazılması üçün dəyişdirilməsi ilə bağlı rəsmi müraciəti təmin edib.

Xeberdar.net Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri günü brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

ABŞ Dövtlə Departamenti sənədlərində ənənəvi olaraq istifadə etdiyi "Turkey" əvəzinə bundan sonra bütün rəsmi sənədlərdə "Türkiye" sözündən istifadə edəcək.

"Mən təsdiq edə bilərəm ki, Türkiyə səfirliyi rəsmi sənədlərimizdə ölkənin bu cür adlandırmağımızı istəyib", - deyə N.Prays bildirib.

Onun sözlərinə görə, dəyişiklik coğrafi adların yazılış standartlaşdırılmasına cavabdeh olan ABŞ federal hökumət qurumu tərəfindən təsdiqlənib: "Qərar bu gün səhər təsdiqlənib və bu gün səhər tətbiq olunub".

Xeberdar.net

XƏBƏR LENTİ