Türkiyədə güclü yağış magistral yolu iki yerə böldü - VİDEO

140 30-05-2023, 07:55 dunya

Türkiyədə güclü yağış magistral yolu iki yerə böldü - VİDEOTürkiyədə qəfil başlayan güclü yağış Bilecik Söğüt-İnhisar magistral yolunu ikiyə bölüb.

Ötən günlərdə bu səbəbdən qəzalı vəziyyətə düşən və müvəqqəti təmir edilən Söğüt-İnhisar avtomobil yolu ötən gün həddindən artıq yağıntı səbəbindən yenidən nəqliyyata bağlanıb. Belə ki, yağışın təsiri ilə yol ikiyə ayrılıb, böyük bir hissəsi isə çöküb.

Bölgəyə Kənd Təsərrüfatı İdarəsi və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları sövq ediliblər.//Oxu.az

XƏBƏR LENTİ