Kürdəmirdə ağır qəza: yaralılar var...

150 23-07-2023, 17:30 hadise

Kürdəmirdə ağır qəza: yaralılar var...Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Xeberdar.net-in Report-a istinadla məlumatına görə ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mersedes" markalı avtomobilin sürücüsü Vəliyeva Rəna Söhbət qızı Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı bir ailənin üzvləri, sürücü 31 yaşlı Vəliyeva Rəna Söhbət qızı, onun övladları 11 yaşlı Vəliyeva Sevgi Kamil qızı və 10 yaşlı Vəliyev Əli Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ