Şəmkirdə ağır qəza: 4 nəfər yaralandı

125 23-07-2023, 20:48 hadise

Şəmkirdə ağır qəza: 4 nəfər yaralandıŞəmkirdə avtomobil maneəyə çırpılıb, 4 nəfər xəsarət alıb.

Xeberdar.net-in məlumatına görə,hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

VAZ markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Kamran Abbasov, 2003-cü il təvəllüdlü İmran Qasımov, 2005-ci il təvəllüdlü Elmir Həsənov və 2001-ci il təvəllüdlü İsa Əmirxanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ