Şəmkirdə ev yanıb

124 24-07-2023, 10:03 hadise

Şəmkirdə ev yanıbHadisə Kür qəsəbəsində qeydə alınıb

Şəmkirdə yanğın hadisəsi baş verib. Xeberdar.net-in APA-ya istinadən məlumatına görə, hadisə rayonu Kür qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Hüseynov Elvin Fikrət oğluna məxsus ümumi sahəsi 65 kvadratmetr olan dördotaqlı fin tipli yaşayış evində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Hadisənin qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

Yanğından yaşayış evinin qalan hissəsi mühafizə olunub.

XƏBƏR LENTİ