Bakıda 2 sərnişin avtobusu toqquşdu: xəsarət alanlar var

120 24-07-2023, 11:00 hadise

Bakıda 2 sərnişin avtobusu toqquşdu: xəsarət alanlar varBu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

Xeberdar.net-in məlumatına görə,bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ