Bakıda qəssab müştərini ət yerindən asdı - Borca görə

124 24-07-2023, 12:22 hadise

Bakıda qəssab müştərini ət yerindən asdı - Borca görəBakıda qəssab ət borcuna görə vətəndaşı döyərək, ət asılan yerdən asıb.

Xeberdar.net-in Qaynarinfo.az-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən ət kəsimi və satışı mağazasında baş verib.

1991-ci ildə Tərtər rayonu, Sevdimli kəndində anadan olmuş Yusif Cəlalov (ad-soyad şərtidir) həmkədlisi Elsəvərə (şərti) bu ilin may ayında 180 manat dəyərində nisiyə ət verib. Elsəvər borcunu qaytara bilmədiyi üçün iyulda Yusifə 100 manat dəyəri olan qol saatı satıb. Saat işləmədiyi üçün bir gün sonra Yusif Elsəvəri işlədiyi mağazaya çağırıb. O, saatın işləmədiyini deyərək, geri qaytarmaq istədiyini bildirib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Yusif Elsəvərə ətə görə 180 manat borcunun olduğunu bildirib və həmin pulu da tələb edib. Lakin Elsəvər ətə görə 180 manat yox, 60 manat borcu olduğunu deyib.

Bundan qəzəblənən Yusif Elsəvəri döyüb, ət yerindən asıb. Elsəvər qəssab barəsində polisə şikayət edib və iş protokllaşdırılaraq məhkəməyə göndərilib.

Məhkəmədə də Elsəvər Yusifdən şikayətçi olduğunu dilə gətirib. Göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunmasını xahiş edib.

Məhkəmə Yusifi İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək, 300 manat məbləğində cərimə edilib.

XƏBƏR LENTİ