Qaxda bəy toyunda iştirak edən qonağı bıçaqladı

121 26-07-2023, 12:12 hadise

Qaxda bəy toyunda iştirak edən qonağı bıçaqladıQax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Xeberdar.net-ə verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Yamən Şıxəmirli toy mərasimində bıçaqlanıb. Hadisəni törədən A.Əhmədov isə bəy olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ