Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurub

120 31-07-2023, 10:41 hadise

Gədəbəydə 87 yaşlı qadını yük avtomobili vurubPiyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb

Gədəbəy rayonunun Saratovka kəndində piyadanı yük avtomobili vurub.

Xeberdar.net-in “Report”a istinadən məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən 1936-cı il təvəllüdlü Qaraqız Məmməd qızı Cəfərovanı “KamAZ” markalı yük avtomobili vurub.

Piyada ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ