Sabirabadda 3 nəfəri su kanalında elektrik cərəyanı vuraraq öldürüb

135 31-07-2023, 14:07 hadise

Sabirabadda 3 nəfəri su kanalında elektrik cərəyanı vuraraq öldürübNazirlik su kanalında 3 nəfərin ölməsi barədə məlumat yayıb

Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.

Bu barədə Xeberdar.net-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.

Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ