Ağsuda su anbarında batan şəxsin meyiti çıxarıldı

159 2-08-2023, 10:15 hadise

Ağsuda su anbarında batan şəxsin meyiti çıxarıldıAğsu rayonunda “Cavanşir” su anbarında batan şəxsin meyiti tapılaraq çıxarılıb.

Bu barədə Xeberdar.net-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

XƏBƏR LENTİ