Türkiyədə bir ailənin 3 üzvü qəzada öldü

113 7-08-2023, 11:59 hadise

Türkiyədə bir ailənin 3 üzvü qəzada öldüTürkiyənin Bursa əyalətində minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində bir ailənin 3 üzvü olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xeberdar.net-in məlumatına görə,bu barədə məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, Bursanın Karacabey rayonunda yol kənarında dayanan yük maşınına minik avtomobili çarpılıb. Nəticədə minik avtomobilinin sürücüsü, həyat yoldaşı, qızı və daha bir nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Məlumata görə, yol kənarında dayanan TIR-ın sürücüsü yatıbmış.

Hadisə yerinə xilasedicilər, polis əməkdaşları cəlb edilib.

Qəzanın səbəbi araşdırılır.

Faktla bağlı cinayət işi başlanılıb.

XƏBƏR LENTİ