Lənkəranda 12 yaşlı qız faciəvi şəkildə öldü

100 11-08-2023, 15:54 hadise

Lənkəranda 12 yaşlı qız faciəvi şəkildə öldüLənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Xeberdar.net-in Report-a istinadən məlumtına görə, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ