Ukraynalı diplomat Göyçə gölündə boğuldu

140 14-08-2023, 08:47 hadise

Ukraynanın Ermənistandakı səfirinin müşaviri Göyçə gölündə batıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, hadisə ötən gün axşam saatlarında gölün ikinci ictimai çimərliyində baş verib.

Hadisə yerinə gələn xilasedicilər sahildən 25 metr aralıda, 1,5 metr dərinlikdən həmin şəxsin meyitini çıxarıblar.

Əlavə məlumat verilmir.

XƏBƏR LENTİ