Tovuzda xəstəxanada 4 günlük körpə öldü

112 14-08-2023, 10:22 hadise

Tovuzda xəstəxanada 4 günlük körpə öldüTovuzda xəstəxanada 4 günlük körpə ölüb.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.

Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.

Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.

Faktla bağlı Tovuz Rayon prokurorluğunda araşdırma aparılır.

XƏBƏR LENTİ