Xızı yolunda sel: insanlar köməksiz durumda qaldı

163 29-08-2023, 22:37 hadise

Xızı yolunda sel: insanlar köməksiz durumda qaldıXızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

Xeberdar.net-in məlumatına görə, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.

XƏBƏR LENTİ