Siyəzəndə ağır qəza: ata və uşağı öldü

110 1-09-2023, 11:13 hadise

Siyəzəndə ağır qəza: ata və uşağı öldüSiyəzən rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net-in Report-a istinadən məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində (105-ci km-də) qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Toyota” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində rayonunun Böyük Həmyə kənd sakinləri - 1987-ci il təvəllüdlü Samit Bədəl oğlu Əmirov və onun oğlu 2019-cu il təvəlludlü Elnur Samit oğlu Əmirli ölüblər.

Hadisədə xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

XƏBƏR LENTİ