Mingəçevirdə ağır qəza: 1 ölü, 6 yaralı

102 2-09-2023, 14:11 hadise

Mingəçevirdə ağır qəza: 1 ölü, 6 yaralı:55

Mingəçevir şəhərində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberdar.net-in məlumatına görə, şəhər ərazisində hərəkətdə olan 90 ES 662 dövlət qeydiyyatı nömrə nişanlı VAZ-2107 markalı avtomobil əks istiqamətdən gələn 77 XL 145 dövlət qeydiyyatı nişanlı "Hunday" markalı avtomobillə toqquşub.

VAZ-2107 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Digər sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisənin təfərrüatı araşdırılır.

***

Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub.

Məlumatına görə, "VAZ-2107 və "Hunday" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Seymur Samir oğlu Talıbov ölüb.

Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ