Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir

52 27-09-2023, 22:11 cemiyyet

Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilirAzərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

Bu barədə Xeberdar.net-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa, bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.

XƏBƏR LENTİ