Orban tərəfdarları Vaşinqtonda Ukraynaya yardımın dayandırılmasını müzakirə edəcək

90 11-12-2023, 09:17 dunya

Orban tərəfdarları Vaşinqtonda Ukraynaya yardımın dayandırılmasını müzakirə edəcəkMacarıstanın baş naziri Viktor Orbanın tərəfdarları Vaşinqtonun Ukraynaya hərbi yardımının dayandırılmasına nail olmaq üçün ABŞ Respublikaçılar Partiyasının üzvləri ilə Vaşinqtonda qapalı danışıqlar aparmaq niyyətindədirlər.

APA-nın məlumatına görə, bu barədə Britaniyanın “Guardian” qəzeti mənbələrə istinadən yazır. Mənbə bildirib ki, danışıqlarda iştirak etmək üçün Konqresin bir sıra respublikaçı üzvləri dəvət olunub.

Nəşrin Macarıstan səfirliyinə yaxın diplomatik mənbəsi bildirib ki, baş nazir əmindir ki, Ukraynaya yardım “Konqresdən keçməyəcək” və buna görə də o, Avropa İttifaqından Kiyevə yardımın qarşısını almağa cəhd edir

XƏBƏR LENTİ