İrəvan Ankara ilə Araz çayı üzərində bənd tikintisi layihəsini razılaşdırır

76 13-01-2024, 11:07 dunya

İrəvan Ankara ilə Araz çayı üzərində bənd tikintisi layihəsini razılaşdırırErmənistan Araz çayının əvvəlki məcrasına qaytarılması üçün zəruri olan bənd tikintisi layihəsini lazım gələrsə, Türkiyə ilə razılaşdırır.

“Report” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Hazırda layihə sənədlərinin Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə, lazım gəldiyi məqamlarda isə Türkiyə tərəfi ilə razılaşdırılması üçün müzakirələr aparılır. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq”, - məlumatda deyilir.

Müqavilə və layihə sənədlərinə əsasən tikinti işlərinin müddəti 16 ay olacaq.

Araz çayını əvvəlki məcrasına qaytarmaq üçün bənd tikintisinin dəyəri təxminən 1 milyon ABŞ dolları təşkil edəcək.

XƏBƏR LENTİ