Zelenski "İL-76" təyyarəsinibn vurulmasından danışdı – “Ukrayna cəmiyyətinin emossiyaları ilə oynayırlar...”

105 25-01-2024, 14:32 dunya

Zelenski "İL-76" təyyarəsinibn vurulmasından danışdı – “Ukrayna cəmiyyətinin emossiyaları ilə oynayırlar...”Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü gecə saatlarında Belqorod vilayətində Rusiyaya məxsus "İl-76" hərbi təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.

“Aydındır ki, ruslar ukraynalı əsirlərin həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar”, - deyə Prezident qeyd edib.

Zelenski təyyarənin qəzaya uğramasının mümkün səbəbləri, Rusiyanın dediyi kimi, ukraynalı hərbi əsirlərin həlak olması barədə bir söz deməyib. Ukrayna lideri baş verənlərlə bağlı Müdafiə Nazirliyi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, SBU və hərbi kəşfiyyat nümayəndələrinin hesabatlarını aldığını vurğulayıb.

Eyni zamanda, Prezident bu hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlı olacağını bildirib.

"Aydın faktlar ortaya qoymaq lazımdır. Təyyarə qəzasının Rusiya ərazisində - bizim nəzarətimizdən kənarda baş verdiyini nəzərə alsaq, mümkün qədər araşırma aparılmasına nail olmağa çalışacağıq", - Ukrayna Prezidenti yekunlaşdırıb.
Ətraflı

Çərşənbə günü səhər saatlarında Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi bildirir ki, təyyarədə mübadilə üçün Belqoroda aparılan 65 ukraynalı hərbi əsir, həmçinin altı ekipaj üzvü və onu müşayiət edən üç hərbçinin olduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, onların hamısı həlak olub. Rusiya hakimiyyəti İl-76-nın qəzaya uğramasını terror aktı adlandıraraq, buna görə Ukrayna Silahlı Qüvvələrini günahlandırıb.

Ukrayna hakimiyyət orqanları hələ ki, hadisə ilə bağlı heç bir versiyanı təsdiq və ya təkzib etməyiblər. Eyni zamanda, Ukrayna Baş Kəşfiyyat İdarəsi yanvarın 24-də əsirlərin mübadiləsinin keçiriləcəyini təsdiqləyib.

Dünən səhər saatlarında Ukraynanın bir sıra iri nəşrləri təyyarənin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu yazıb, lakin sonradan bu barədə bütün məlumatlar silinib.

Rasim Əliyev

“AzPolitika.info”

XƏBƏR LENTİ