Sabahın hava proqnozu açıqlanıb

66 25-01-2024, 17:26 cemiyyet

Sabahın hava proqnozu açıqlanıbBakıda və rayonlarda hava yağmursuz keçəcək

Azərbaycanda yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Xeberdar.net-əverilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14°, gündüz 1-6° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.

XƏBƏR LENTİ