“WhatsApp+” istifadəçilərinə təcili XƏBƏRDARLIQ

64 26-01-2024, 10:44 cemiyyet

“WhatsApp+” istifadəçilərinə təcili XƏBƏRDARLIQexnobloger Fərid Pərdəşünas yazır:

KONKRET.az xəbər verir ki, hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.

Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir. Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir.

Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi Bankları günahlandırır.

XƏBƏR LENTİ