Bu bankın 5,3 milyonluq əmlakı hərraca çıxarılır

91 27-01-2024, 12:37 cemiyyet

Bu bankın 5,3 milyonluq əmlakı hərraca çıxarılırFevralın 21-də Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Texnika Bank ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Xeberdar.net-in məlumatına görə,bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 minmanat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 minmanat olan 8 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,33 milyon manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.

XƏBƏR LENTİ