ABŞ-la Çin arasında kritik görüş

61 27-01-2024, 19:42 dunya

ABŞ-la Çin arasında kritik görüşÇinin xarici işlər naziri Vanq Yi ABŞ prezidentinin köməkçisi Ceyk Sallivan ilə Banqkokda görüşüb.

Xeberdar.net-in məlumatına görə,bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər görüş zamanı, Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı, Koreya yarımadası problemi və Cənubi Çin dənizi probleminə toxunublar.

“Tayvan məsələsi Çinin daxili işidir və Tayvandakı seçkilər Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirə bilməz. Tayvan boğazında sülh və sabitliyə ən böyük risk “Tayvanın müstəqilliyi”dir, Çin – ABŞ münasibətləri üçün isə ən böyük çağırış “Tayvanın müstəqilliyi”dir”, - V.Yi qeyd edib.

XƏBƏR LENTİ