Husilərə qarşı əməliyyat davam edəcək - ABŞ

69 28-01-2024, 16:05 dunya

Husilərə qarşı əməliyyat davam edəcək - ABŞ\ABŞ husilərin mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyyatın zamanı onlara yardım edən İranın hərəkətlərindən asılıdır.

Xeberdar.net-in məlumatına görə, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro deyib.

“Yəqin ki, əməliyyatın nə qədər davam edəcəyini İrandan soruşmalıyıq. Onlar husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, sonsuza qədər davam etməyəcək", - Del Toro bildirib.

XƏBƏR LENTİ