Azərbaycanlılar AB-nin ofisi qarşısında aksiya keçirdilər

105 28-01-2024, 16:10 cemiyyet

Azərbaycanlılar AB-nin ofisi qarşısında aksiya keçirdilərGürcüstanın paytaxtında "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa Birliyinin Tiflis ofisinin önündə "Ayrıseçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.

Xeberdar.net Report-a istinadla məlumat verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsəndirilib.

"Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib.

Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

XƏBƏR LENTİ