İran ordusu çətin missiya qarşısındadır – Kontr-admiral

69 28-01-2024, 20:41 dunya

İran ordusu çətin missiya qarşısındadır – Kontr-admiralİran ordusu bu gün tam hazırlığın zirvəsindədir və hər cür təhdidlərə ciddi müqavimət göstərir.

Xeberdar.net-in məlumatına görə, bu sözləri İranın Quru Qoşunlarının koordinasiya üzrə baş komandanının müavini kontr-admiral Həbibullah Səyyari deyib.

Kontr-admiralın sözlərinə görə, İran ordusu çətin missiya qarşısındadır:

"Ərazi bütövlüyünün qorunması, ölkənin müstəqilliyi və sistemin müstəqilliyi ordu üçün üç mühüm məsələdir və onlar daima hazır vəziyyətdə olmalıdır".

O vurğulayıb ki, bu gün silahlı qüvvələrin döyüş, müdafiə və çəkindirmə imkanları yaxşı səviyyədədir və ixtisaslı kadrlar, eləcə də yerli istehsal olan yenilənmiş texnika sayəsində ordu düşmənin istənilən təhlükəsinə qarşı durmağa hazırdır.

XƏBƏR LENTİ