Sabahın havası: Bakıda 7 dərəcə isti olacaq

92 30-01-2024, 16:48 cemiyyet

Sabahın havası: Bakıda 7 dərəcə isti olacaqRayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir
Xeberdar.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək. Gecə 0-3°, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 776 millimetr civə sütunundan 772 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

XƏBƏR LENTİ