İsrail bu müharibəni bütün məqsədlərinə çatmayana qədər bitirməyəcəyik

105 30-01-2024, 19:00 dunya

İsrail bu müharibəni  bütün məqsədlərinə çatmayana qədər bitirməyəcəyikİsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil və minlərlə fələstinlini həbsdən azad etməyəcək. Anklavda hərbi əməliyyatlar tam qələbəyə qədər davam edəcək.

Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatı ilə yeni sazişin mümkünlüyü ilə bağlı xəbərləri şərh edərkən deyib.

“Mən müxtəlif sövdələşmələr haqqında bəyanatlar eşidirəm, ona görə də aydınlaşdırmaq istəyirəm: Biz bu müharibəni onun bütün məqsədlərinə çatmayana qədər bitirməyəcəyik. Bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın İsrail üçün təhlükəsiz vəziyyətə gətirilməsindən ibarətdir.

İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri olmayacaq. Amma nə olacaq? Tam qələbə...", - deyə baş nazir bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ