Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA

2 324 31-07-2020, 12:39 sosial / cemiyyet

Tələbələr tələb edir : Dərslər əyani keçirilsin!-KAMPANİYA
Bildiyimiz Kimi Azərbaycan Respublikası ərazisində mart ayının 3-dən etibarən ümumtəhsil məktəblərində, ali və orta ixtisas təhsili müəssisələrində, peşə təhsili müəssisələrində təlim-tədris prosesi pandemiya ilə bağlı olaraq dayandırılıb. Həmin müddətdən etibarən tədris prosesi distant şəkildə onlayn davam edib.
Xeberdar.net xəbər verir ki, Tələbələr distant təhsildən narazıdır. Distant təhsil gözlənilən effekti vermir. Buna görə də həm dərs müddətində, həm də indi redaksiyamıza şikayətlər daxil olur. Tələbələr bildirirlər ki, Əziz tələbələr, şagirdlər, müəllimlər və təhsilə önəm verən bütün vətəndaşlar, səsiniz səsimizdir! Ölkəmizdə baş verən pandemiya təlim-tədris prosesinin distant üsulda keçirilməsinə səbəb oldu. Distant üsulda olan təhsilin keyfiyyəti bizləri qane etmir! Effektiv deyil. Bölgələrdə yaşayan tələbə və şagirdləri nəzərə aldıqda bu proses həyata keçirilə bilmir. Onlar təhsildən kənar qalır. Bəzi praktik dərslərin keçirilməsində problem yaranır. Universitetlərin, kolleclərin, məktəblərin, baxçaların ənənəvi üsulda olması üçün əllərinizi bizə uzadın, "tək əldən səs çıxmaz" deyərək səsvermədə iştirak edin. Hər bir addımınız biz gənclərin gələcəyi, ümididir!

Təbii ki, karantin rejim qaydalarına da əməl olunacaq. Qapalı məkanlarda maska qadağası tətbiq edilsin. Təhsilimiz əyani davam etsin.
Bu səbəblə tələbələr imza kampaniyasına start veriblər.
Aşağıdakı linkə daxil olaraq kampaniyaya dəstək ola bilərsiz.
My Webpage

Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ