“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib. Xəbərdar.net Az TV-yə istinadən xəbər verir ki, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.