Səfər Mehdiyev məhkəməyə verildi - Üç trilyon avro təzminat tələb olunur

542 17-12-2021, 12:55 cemiyyet

Səfər Mehdiyev məhkəməyə verildi - Üç trilyon avro təzminat tələb olunurMalların dərhal rəsmiləşdirilərək «ULDUZ-ELEKTRON» MMC-yə təhvil verilməsi və DGK BBGİ «ULDUZ-ELEKTRON» MMC-yə qarşı qanunsuz hərəkətlərə qadağa qoyulması barədə Bakı İnzubati Mməhkəməsinin MXMT(81)-39/2019 saylı Qərardadı (Qeyd. Həmin Qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır, eyni zmanda Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin Qərardadını qüvvədə saxlamışdır.) mövcud olmasına baxmayaraq, bu günədək həmin Qərardad icra olunmamışdır.
Bizimxeber.az bildirir ki, bunu «ULDUZ-ELEKTRON» MMC-nin rəhbəri Mədəd Quluzadə deyib.
Sahibkar bildirib ki, özləri də məhkəməyə ünvanlanmış cavablarında aşkar surətdə etiraf edirlər ki, iş hal-hazırda da iş təhqiqat şöbəsindədir. Görəsən məhkəmə Qərardadını iki ildən artıq müddətdir ki, icra etməyən DGK BBGİ ilyarımdan artıq müddətdir nəyin tədqiqatını aparır?:"Bəyəm tədqiqat müddəti qanunvericiliyə əsasən 10 gün nəzərdə tutulmamışdırmı, yoxsa DGK BBGİ-nin özünün öz tədqiqat qanunları vardır, biz bunu bilmirik? Qanuni pozmuş həmin əməkdaş və ya əməkdaşlar barəsində tədbir görülüb, nəticəsi barədə rəsmi məlumat verilməsi üçün DGK sədri Mehdiyev Səfər Məmməd oğluna müraciət ünvanlamışdır".
"DGK sədri Səfər Mehdiyev bu günədək də qanunla nəzərdə tutulmuş vəzifəsini, vətəndaşın şikayətini araşdırıb, qanunmüvafiq tədbir görüb, nəticəsi barədə vətəndşa rəsmi cavab vermək vəzifəsini yerinə yetirməyərək, Azərbaycan Respublikası Konstitusiyasını və qanunlarını kobud şəkildə pozmuşdur və hal-hazırda da pozmaqda davam etməkdədir" - deyə, Mədəd Quluzadə bildirib: "Bəyəm DGK sədri Səfər Mehdiyev bilmirmi ki, məhkəmə Qərardadı Azərbaycan Respublikasının adından verilr, icrası mütləqdir. İcra olunmadıqca Azərbaycan Respublikasına vətəndaşın etimadını məhv edir.
Bu qanunsuz hərəkətlərinə görə DGK sədrinə qarşı Bakı İnzubati Məhkəməsində 3000000000000 (üç trilyon) avro dəyərində təzminat iddiası qaldırılmışdır. İş hakim Aygün Əhədovanın icraatındadır. İddia ərizəsində cavabdeh kimi DGK sədri Mehdiyev Səfər Məmməd oğlu göstərilməsinə baxmayaraq, hakim nədənsə cavabdeh qismində DGK-nı göstərmişdir. Bəyəm hakim bilmirmi ki, gələcəkdə bu iş beynəlxalq məhkəmələrə gedərsə, o zaman DGK sədri Mehdiyev Səfər Məmməd oğlunun qanunsuz hərəkətlərinə onun yerinə Azərbaycan Respublikası cavab verəcək?".
Əlbəttə, Azərbaycan Respublikası sahibkarın qanunla qorunan hüquqlarını qorumaqla mükəlləfdir. Buna baxmayaraq sahibkar Azərbaycan Respublikasından deyil, əsl günahkardan, DGK sədri Mehdiyev Səfər Məmməd oğlundan təzminat istəyir. Məhkəmə isə israrla DGK sədri Mehdiyev Səfər Məmməd oğlunun yaxasını bu işdən kənar tutmaq mövqeyindədir.
Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin IV hissəsinə əsasən hər kəs vəzifəli şəxslərin hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət etmək hüququ vardır. Sahibkar da bu hüququndan istifadə edərək vəzifəli şəxs olan DGK sədri Mehdiyev Səfər Məmməd oğlunu məhkəməyə vermişdir. Belə olan halda məhkəmə niyə israrla DGK sədri Mehdiyev Səfər Məmməd oğlunu cavabdehlikdən çıxartmaq istəyir. Görəsən burada hansı maraqlar mövcuddur?

XƏBƏR LENTİ