Valyuta hərracında bankların dollara tələbi artıb

1 530 10-05-2022, 16:16 iqtisadiyyat

Valyuta hərracında bankların dollara tələbi artıbBu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 40,6 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 may 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 31,8% artıb. Ötən valyuta hərracında bankların tələbi 30,8 mln. ABŞ dolları təşkil etmişdi.

XƏBƏR LENTİ