Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

457 9-09-2022, 11:51 cemiyyet

Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubAzərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Xeberdar.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xeberdar.net

XƏBƏR LENTİ