Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İmişli rayon ziyalıları adından Müraciət

504 9-09-2022, 18:49 cemiyyet

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İmişli rayon ziyalıları adından MüraciətHər bir millətin, xalqın gələcəyini görmək istəyirsinizsə. onuntəhsilinə nəzər yetirin.Həmin ölkənin inkişafı,tərəqqisi onun xalqının təhsilindən aslıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşəkar mütəxəsisslər, aydın və uğurlu gələçəyin təminatı deməkdir.Əgər bir ölkədə təhsilin inkişafına prioritet olaraq xüsusi önəm verilirsə, öz işinin peşəkarı olan savadlı kadrları qabağa çəkib onları məsul vəzifələrdə çalışdırırlarsa həmin ölkələr sürətli inkişafa nail olmağı bacarırlar. Yox, əgər xalqın təhsili bacarıqsız, məsuliyyətsiz və heç bir ziyalı davranışına malik olmayan kadrlara həvalə olunursa onda hər hansı inkişafdan danışmaq olmaz.

Təsadüfi deyildir ki, ümummilli liderimiz Heydər Əliyev də millətin gələcəyini onun təhsilində görmüş və bütün fəaliyyəti boyu bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Eyni yanaşma Sizin rəhbərliyiniz dövründədə davam etmiş, bütün sahələrdə aparılan əsaslı islahatlar təhsil sahəsindən də yan keçməmişdir. Bu mənada biz İmişli rayon ziyalıları adından Sizə dərin təşəkkürümüzü bildirir və yorulmaz fəaliyyətinizlə daha böyük uğurlara imza atmağınızı arzu edirik.

Cənab Prezident.


Qeyd etdiyimiz kimi,ölkəmizdə son vaxtlar bütün sahələrdə aparılan islahatların tərkib hissəsi kimi təhsilin idarə edilməsinin təkmilləşdirilməsi və təhsilidə keyfiyyətə nail olunması istiqamətində mühüm işlər görülməkdədir.Bu mənada Regional Təhsil İdarələrinin yaradılması bütün əhali, o cümlədən təhsil ictimaiyyəti tərəfindən böyük ümid hissi ilə qarşılandı. Təhsil sahəsinə yığılıb qalmış problemlərin yeni yaradılacaq regional idarələrdə vəzifələrə peşəkar təhsil işçilərinin təyin edilməsi nəticəsində cevik şəkildə həll ediləçəyinə ümidlər artdı. Lakin təəssüf hissi ilə qeyd etmək istərdik ki, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının daxil olduğu Mil-Muğan Regional Təhsil İdarəsində aparılan bərbad kadr seçmiyaranmış ümidləri bir andaca məhv etməyə başladı. Qeyd olunan rayonlarda kifayət qədər peşəkar, təcrübəli , pedaqoji fəaliyyəti dövründə yüksək nəticələr əldə etmiş və təhsil ictimaiyyəti arasında böyük nüfuza malik pedaqoji kadrlar olduğu halda, heç bir uğuru olmayan, adları müəllim adına yaraşmayan müxtəlif hadisələrdə hallanan, bəzi hallarda isə ümumiyyətlə təhsillə bağlı olmayan şəxslər, qohumbazlıq və yerlibazlıq prinsipi əsas götürülməklə seçilib məsul vəzifələrə təyin olundu. Bunun acı nəticəsi isə özünü çox gözlətmədi. Belə ki, yeni tədris ilinin başlanması ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi əməkdaşlarının İmişli rayon təhsil ictimaiyyəti ilə keçirdiyi görüşdə böyük qalmaq yaşandı.

Buna səbəb tədbirdə Mil-Nuğan Regional Təhsil İdarəsinin Keyfiyyət sektoruna müdir təyin olunmuş Mahir Zahidovun çıxışı səbəb olmuşdur. Onunməntiqsiz və mənasız cümlələrdən ibarət nitqi yalnız zalda əyləşən təhsil işçilərini hədələməklə şəxsiyyətlərini aşağı salmağa hesablanmış, davamlı olaraq qışqırmaqla iclasın mahiyyətini tabeliyində olanları qorxu və təhdid altında saxlamağa yönəlmiş, ayrı-ayrı məktəb rəhbərlərini ayağa qaldıraraq onlarla alçaldıçı tonda danışmışdır. Beləmünasibətdən narazı qalanlara “sən kimsən”, “səni qapı dalında qoyaram”, “işdən azad edərəm” kimi ifadələrlə hədə-qorxu gəlmişdir. Həmin iclasda tədrisin keyfiyyəti və inkişaf istiqamətləri barədə heç bir məsələ müzakirə olunmamış, təklif və tövsiyyələr verilməmiş, çıxış ancaq alçaldıçı ifadələrdən ibarət olmuşdur. Fikirlərini davamlı şəkildə şəxsiyyətin təhqiri formasında ifadə etdiyi üçün iştirakçılar qəti şəkildə Mahir Zahidova etiraz etmiş, onu zaldan qovmuş və iclas zalını tərk etmişlər. Digər əməkdaşarın məsələyə müdaxiləsindən və üzürxahlığından sonra Mahri Zahidovun iştirakı olmadan iclası davam etdirmək mümkün olmuşdur. Mahir Zahidov kimi heç bir ziyalı davranışına malik olmayan. provakator, vəzifəpərəst, məsuliyyətsiz bir şəxsin yeni yaranmış bir idarədə məsul vəzifəyə təyin olunması dövlətin və təhsilmizin onurğa stununa vurulmuş öldürücü zərbədir.

Əslində vəziyyətin belə hal alması ilk baxışdan bizə qəribə gəlsə də, Mahir müəllimin kimliyi barədə apardığımız sonrakı araşdırmalarımız baş verənlərin təsadüfi olmadığını üzə çıxardı. Məlum oldu ki, Mahir Zahidovun adı fəaliyyəti dövründə dəfələrlə belə hadisələrdə hallanmışdır.

O, bu vəzifəyə təyin olunana qədər Sabirabadr 4 nömrəli şəhər tam orta məktəbin direktoru olmuşdur. Apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, o işlədiyi dövr ərzində rəhbəri olduğu 4 nömrəli şəhər tam orta məktəbin X və XI siniflərinə başqa məktəblərdən, o cümlədən Bakı şəhər məktəblərindən şagird yerdəyişməsi yolu ilə şagird adları yazmış, həmin şagirdlərə dərslərdə bir gündə iştirak etmədikləri halda saxta attestatlar verilmiş, reptitor müəllimlərin fəaliyyəti sayəsində onların göstərdiyi nəticələr məktəbin adına yazılmış və bununla məktəbin nəticəsini yüksəltməyə çalışmışdır.Lakin bütün bunlara baxmayaraq, rəhbərlik etdiyi məktəb buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinə görə nəinki şəhər, hətta bir sıra kənd məktəblərindən də geri qalmışdır.O, eyni zamanda məktəbin texniki işçi siyahısına bir neçə işçinin adlarını daxil etmiş, lakin işə gəlmədiyi halda onlara əmək haqqı ödəmişdir

Bundan əlavə Mahir Zahidovun adı dəfələrlə ziyalı adına yaraşmayan səsli-küylü hadisələrdə hallanmışdır. Rəhbəri olduğu kollektivin şərəfini,namusunu,ləyaqətini heçə sayan Mahir bəy öz iş otağında sevimli katibəsi ilə olmazın oyunlardan çıxaraq ziyalı adına yaraşmayan hərəkətlərə yol vermişdir. Bu əməllərini vərdiş halına salan müdirə kollektiv üzvləri dəfələrlə müraciət edərək öz etirazlarını bildirmişlər.Bütün bunlara məhəl qoymayan Mahir Zahidov “İşdə məhəbbət macəra”larını daha da genişləndirmişdir.Bütün bunlardan təngə gələn məktəb kollektivi ona qarşı çox kəskin şəkildə etirazını bildirərək onu nəinki məktəbdən hətta rayondan belə çıxarılmasını tələb edərək qovmaq qərarına gəlmişlər. Lakin rayonda böyük ajiotaja səbəb olacağından və eləcə də rayon Təhsil Şöbəsinin və Təhsil Nazirliyin nüfuzuna xələl gəlməsindən ehtiyatlanan Təhsil şöbəsi əməkdaşları tərəfindən çətinliklə də olsa bunun qarşısı alınmışdır..

Cənab Prezident.

Araşdırmamızın davamı daha dəhşətli faktları üzə çıxarmışdır.Belə ki, məlum olmuşdur ki, əslən Neftçala rayonundan olan Mahir Zahidovun qardaşı 1996-cı il təvəllüdlü Elmir Zahidov Azərbaycanda terror hazırlamaqla və digər ağır cinayətlərdə ittiham olunaraq həbs edilib.Hal-Hazırda cəza çəkmə müəssisəsindədir.Azərbaycan Respublikasında terrorçuluq cinayətlərini törətmək məqsədi ilə yaradılmış “Hüseyniyyun”(Hüseynçilər) adlı cinayətkar birliyin üzvü olan Elmir Zahidovun adı illərdir bir çox hadisələrdə hallanmış və öz təsdiqini də tapmışdır. .Elmir Zahidov və digər məzhəb yoldaşları müxtəlif vaxtlarda Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Rspublikasının bir çox şəhərlərində özləri ilə yanaşı “Hüseyniyyun” təşkilatının digər üzvləri ilə birlikdə qəsdən dini məzhəbləri yaymaq,dini ayinlərin icrası adı altında və dini düşmənçilik zəminində keçirilmiş döyüş təlimlərində və aparılmış silahlı münaqişələrdə iştirak etmişlər.Eyni zamanda,o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-cü(terror) maddəsində nəzərdə tutulmuş,yəni terrorçuluq cinayəti əməllərinin törədilməsi məqsədilə həmin əməllərin törədilməsi üsulları,”Kalaşnikov”markalı avtomat silahdan,qumbaraatanlardan və digər odlu silahlardan,partlayıcı maddəllərdən və qurğulardan.eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim almış,həm Azərbaycan Respublikasının,həm də Suriya Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə məhkum olunmuşdur.Bundan başqa Elmir Zahidov 10 iyul 2018-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısındakı meydanda terror aktı,qəsdən adam öldürməyə cəhdə görə həbs edilmiş Yunis Səfərovun cinayət məsuliyyətindən azad edilməsi tələbi ilə ictimai asayişin pozulmasına yönələn və dövlət orqanları ilə razılaşdırılmamış qanunsuz aksiyinın iştirakçılarından biri olmuş və küllü miqdarfda həşiş qətranı və zavod üsulu il hazırlanmış müxtəlif silah-sursatları əldə edərək şəxsi həyətyanı sahəsində gizlətdiyinə görə də cinayət məsuliyyətinə cəlb edilmiş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Qərarı ilə 14 il azadlıqda məhrum edilmişdir. Onun Qərardan verdiyi appelyasiya şikayəti Şirvan şəhər Apelyasiya Məhkəməsi tərəfindən rədd edilmiş və hökm qüvvədə saxlanılmışdır

İşin ən acınacaqlı tərəfi də ondadır ki,bütün bunları çox yaxşı bilən və Mahir Zahidovun ən böyük havadarına çevrilən Rəşad Musayev Təhsil Nazirliyinin rəhbərliyinə, o cümlədən ölkəmizdə yürüdülən siyasi xəttə xəyanət edərək, yuxarıda qeyd edilən bütün faktlara göz yummuş, bu cür ailə,məişət,etik davranışı olmayan,mental dəyərlərə məhəl qoymayan birininbelə məsul vəzifəyə təyin edilməsinə nail olmuşdur.

Cənab Prezident!

Siz hər çıxışınızda dönə-dönə vurğulayırsınız ki,mənim təyin etdiyim heç bir məmur vəzifəsindən sui-istifadə edərək xalqın maraqlarına zidd olan şəkildə işini qurmamalıdır.”Xalqın haqqını tapdalayan hər məmur mənim düşmənimdir”. Eyni zamanda bu faktlara göz yumanları da kəskin şəkildə qınayır və ən ağır şəkildə cəzalandırılacaqlarını sərt şəkildə bildirirsiz.

Odur ki, biz sadə İmişli rayon ziyalıları,vətəndaşları,ağsaqqalları bütün bu faktları sizin nəzərinizə çatdırmağı özümüzə borc bildik. Biz Mahir Zahidov kimi qeyr-əxlaqi keyfiyyətləri özündə cəmləşdirən birinin övladlarımızın təhsilinə nəzarət etməsinə qəti şəkildə etirazımızı bildiririk. Ədalətli qərarınıza sığınaraq Sizdən mövcud problemin həll edilməsinə, Mahir Zahidovun 4 nömrəli məktəbin direktoru olduğu dövrdəki fəaliyyətinin və onun belə bir vəzifəyə neçə yüksəlməsinin aidiyyatı orqanlar tərəfindən araşdırılmasına göstəriş verməyinizi xahiş edirik!

XƏBƏR LENTİ